"1 Mart Ümumdünya Mülki Müdafiə günü"nə həsr edilmiş seminar

01.03.2017-ci il tarixində Səbail rayonu 7№-li tam orta məktəbdə 1 Mart Ümumdünya Mülki Müdafiə gününə həsr edilmiş seminar keçirildi.Tədbirdə təhlükəsizlik üzrə şöbə müdiri Taleh Abdullayev , Gilan Holdingin təhlükəsizlik üzrə şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi və V-VI sinif şagirdləri iştirak edirdi. Əsas diqqət mülki müdafiənin təbliğinə yönəldilmişdi. Tədbir zamanı əyani vəsaitlərdən istifadə edildi. Şagirdlər Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışına dair slaydlara baxdılar.