Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi

Fevralın 25-də Səbail Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sahil bağında rayon orta məktəblərinin Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri çox böyük fəallıqla iştirak etdilər. Rayon ictimaiyyəti və məktəblilər müsabiqəyə təqdim olunan rəsmlərdən ibarət sərgi ilə tanış oldular. Şagirdlər müxtəlif rəngli boya, quaş, akvarel və qələmlərlə çəkdikləri rəsmlərində faciənin müxtəlif məqamlarını əks etdirirdilər. Sərgi böyük maraqla izlənildi.