"Xocalı faciəsini unutmayaq" adlı tədbir

Fevralın 25-də 7 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tərdbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin dəhşətlərini əks etdirən şeirlər söylədilər. Eyni zamanda şagirdlər acı tarixin qara səhifələrini obrazlarla səhnələşdirmişdilər. Faciənin amansızlıqları çəkilmiş rəsm əsərlərində, fotostendlərdə öz əksini tapmışdı. Tədbirin sonunda qeyd olundu ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaqdır, bu faciə heç vaxt unudulmayan qan yaddaşımızdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi