"Beynəlxalq Ana Dili Günü"nə həsr edilmiş şeir müsabiqəsi

21 fevral bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu münasibətlə fevralın 21-i 7 nömrəli tam orta məktəbdə IV-IX sinif şagirdləri arasında şeir müsabiqəsi keçirildi. Tədbirdə Beynəlxalq Ana Dili gününün tarixi və ölkəmizdə bu sahədə qəbul olunan qərarlar barədə məlumatlar verildi. Şagirdlər Ana dilimizə, vətənimizə, xalqımıza həsr olunmuş şeir və mahnılar səsləndirdilər. Ana dilimizi qorumaq, inkişaf etdirmək hər birimizin müqəddəs borcudur.