"Manna dövləti. Manna hökmdarları" mövzusunda nümunəvi dərs
Fevralın 21-də 7 nömrəli tam orta məktəbin 5 "b" sinfində tarix müəllimi Yeganə Bağırovanın rəhbərliyi ilə "Manna dövləti. Manna hökmdarları" mövzusunda nümunəvi dərs keçirildi. Şagirdlər Azərbaycan hökmdarlarını təmsil edərək müxtəlif dövrləri və hadisələri səciyyələndirdilər. Dərs maraqlı və interaktiv fəaliyyət növləri ilə zəngin idi. Dərsdə iştirak edən məktəb rəhbərliyi və fənn müəllimləri şagirdlərin hazırlığını müsbət qiymətləndirdilər.