Bu günümüz və sabahımız keçmişimizdən başlayır

Fevralın 16-da 7 nömrəli tam orta məktəbdə "Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində tarix müəllimi Gülirə Yoldaşovanın təşkilatçılığı ilə "Bu günümüz və sabahımız keçmişimizdən başlayır" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər müxtəlif tarixi dövrlərdə Azərbaycanda baş verən hadisələr haqqında maraqlı təqdimatlar nümayiş etdirdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər.