Şagirdlərimiz "Yarat" yaradıcılıq mərkəzində

Səbail rayonu, M.Rahim adına 7 nömrəli tam orta məktəbin müəllimi Şövkət Abdulova və rəhbəri olduğu 5b sinfinin şagirdləri "Yarat" yaradıcılıq mərkəzində rəssam Faiq Əhmədovun rəsm əsərləri sərgisində oldular. "Nə var, odur" adlanan sərgidə qeyd edildi ki, təqdim olunan əsərlər paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanıb. Tədbirin sonunda mərkəzin işçiləri tərəfindən şagirdlər üçün oyunlar keçirildi və qaliblərə kiçik hədiyyələr verildi