"Uzaq keçmişə səyahət" adlı bilik yarışı

Fevralın 2-də "Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası" aylığı çərçivəsində Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə "Uzaq keçmişə səyahət" adlı bilik yarışı keçirildi. Tarix müəllimləri Yeganə Bağırova , Yeganə Misirzadə və Gülirə Yoldaşovanın təşkil etdikləri bilik yarışı VI siniflər arasında aparıldı. 4 komandanın iştirak etdiyi bu yarışda "Lider" komandası qalib oldu.