"Tariximiz bu gün" adlı divar qəzetlərinin müsabiqəsi

Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə 07.02.2017-ci il tarixində "Tarix fənn aylığı" çərçivəsində məktəbin tarix müəllimi Gülirə Yoldaşovanın və məktəbin digər tarix müəllimlərinin təşkilatçılığı ilə "Tariximiz bu gün" adlı divar qəzetlərinin müsabiqəsi keçirildi. Tədbirdə məktəbin rəhbərliyi, "Azərbaycan tarixi, mədəniyyəti və inteqrasiyası" adlı aylığın təşkilat komitəsi və münsiflər heyəti iştirak edirdi.,Şagirdlər divar qəzetlərini nümayiş etdirərək, təqdimatlarını göstərdilər. Qaliblər 28.02.2017-ci il tarixində "Tarix fənn aylığı"nın son günü müəyyən ediləcək.