"Sağlam gələcək sağlam ekologiyadan başlayır!" adlı tədbir

Fevralın 1-də 7 nömrəli tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə "Sağlam gələcək sağlam ekologiyadan başlayır!" adlı tədbir keçirildi. Tədbirdə TUMİB-in sədri Çingiz Bayramov, Jurnalist Araşdırmaları mərkəzinin sədri Seymur Verdizadə və layihə rəhbəri Raidə Hüseynova iştirak etdilər. Şagirdlərə sağlam həyat tərzinin ekologiya ilə əlaqəsi, sağlamlıq vərdişləri haqqında məlumat verildi. Tədbirin sonunda ən fəal iştirakçılara sertifikatlar təqdim edildi.