“Suyun gücü” adlı kitabın yaradıcı kollektivi ilə görüş

26.01.2017 – cı il tarixində “Təhsili Dəyərə Çevirək” devizi altında “Ekologiya və iqtisadiyyat” aylığı çərçivəsində Səbail rayonu M.Rahim adına 7 № li tam orta məktəbdə tanınmiş azərbaycanlı iş adamı, yazıçı və tədqiqatçı , Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Azərbaycan Beynəlxalq Universitetinin fəxri professoru və Azərbaycan Kooperasiya Universitetinin fəxri doktoru ilə görüş keçirilmişdir. Görüşdə “Suyun gücü” adlı kitabı tərcümə edən Qumru Şəhriyar, M. Rahim adına 7 № li tam orta məktəbin rəhbərliyi , müəllimlər , IV və V sinif şagirdləri iştirak etmişlər. “Su: həyat enerjim” , “Yaşasın su içmək” , “Suyun gücü” və s. kitabların müəllifi olan Əli Vahabzadə kitablarını şagirdlərimizə təqdim etdi. Suyun əhəmiyyəti barəsində diskussiyalar aparıldı. “Suyun gücü” adlı kitabın uşaqlar üçün uyğunlaşdırılmasında əməyi olan məktəbimizin ibtidai sinif müəllimi Zemfira Əsgərovanın təşkilatçılığı ilə suyun ekologiyası barəsində IV sinif şagirdlərimiz göstərdikləri maraqlı təqdimatları və kiçik səhnəçiklə hamını təəccübləndirdilər.Məktəbin müəllimi Aytən xanımın təşkilatçılığı ilə məktəbimizin 8ç sinif şagirdi Kənan Əmirəliyev və 10c sinif şagirdi Zöhrə Əmirəliyevanın hazırladıqları suyun filtrasiyası ilə əlagədar olan əl işinin təqdimatı oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi