""İlk tibbi yardım" mövzusunda nümunəvi dərs

M.Rahim adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zemfira Əsgərovanın IV c sinfində "Həyat bilgisi" fənnindən "İlk tibbi yardım" mövzusunda nümunəvi dərsi oldu. Dərsdə məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri iştirak etdilər. Şagirdlər Ülvi Hüseynzadə, Elcan Nəbizadə və Elcan Musayevin hazırlamış olduqları "İlk tibbi yardım" adlı təqdimatlara tamaşa etdilər. Sonra şagirdlər 4 qrupa ayrıldılar. Hər qrupa ayrı-ayrı tapşırıqlar verildi. I qrup "Şəfa" qrupu "Günvurma, yüksək hərarət, bayğınlıq zamanı göstərilən ilk tibbi yardım" mövzusunda məlumat verdilər. Sonra belə xəstələrə necə yardım etməyi əyani şəkildə göstərdilər. II qrup "Əlac" qrupu "Kimyəvi termik yanıqlar zamanı nə etməli" mövzusunda məlumat verib, belə xəstəyə edilən ilk yardımı göstərdilər. III qrup "Çarə" qrupu "Kimyəvi və qida zəhərlənmələri zamanı göstərilən ilk tibbi yardım" haqqında məlumat verdilər. Sonra zəhərlənmə zamanı edilən ilk tibbi yardımı nümayiş etdirdilər. IV qrup "Sağlamlıq" qrupu qəza və ehtiyatsız hərəkət zamanı yaranan sınıq, çıxıq, yaralar və qanaxmanın dayandırılması zamanı göstərilən ilk tibbi yardım haqqında ətraflı məlumat verdilər. Sonra ilk tibbi yardım göstərmək yollarını nümayiş etdirdilər.