20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş rəsm sərgisi

M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü"nə həsr edilmiş silsilə tədbirlərdən biri də şagirdlərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgi oldu. Məktəbin foyesində fotostend nümayiş etdirildi. Şagirdlərin çəkdikləri əsərlərdə bu faciəni törədənlərə dərin nifrət hissi və azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyinə, əyilməzliyinə, məğrurluğuna olan hörmət bir daha nümayiş etdirildi.