Qan yaddaşımız

Səbail rayonu, M.Rahim adına 7 nömrəli tam orta məktəbdə 19.01.2017-ci il tarixində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir təşkil edilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, VI-IX sinif şagirdləri iştirak etmiş, Azərbaycanın igid övladlarının fədakarlığını məhəbbətlə xatırlamış, onların əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Məktəbin yuxarı sinif şagirdləri tədbirdən sonra Vətən uğrunda canlarını qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişlər.Şəhidlərimiz və Şəhidlər xiyabanı müstəqilliyimizin və milli iradəmizin simvolu kimi gələcək nəsillərə də bir qürur mənbəyi olacaqdır.