"Ətraf mühiti qoruyaq" adlı tədbir

"Ekologiya və iqtisadiyyat" aylığı çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbin biologiya müəllimi Qasımova Sofiyaxanımın təşkilatçılığı ilə VIII-IX sinif şagirdlərinin hazırladığı "Ətraf mühiti qoruyaq" adlı tədbir keçirildı. Tədbirdə məktəbin rəhbərliyi, biologiya, kimya, coğrafiya müəllimləri və şagirdlər iştirak edirdi. Bir-birindən maraqlı çıxışlar şagirdlərimizin ekologiya və iqtisadiyyat üzrə geniş və hərtərəfli biliklərə malik olduqlarını göstərdi. Şagirdlər müxtəlif mövzularda apardıqları axtarışların nəticələri tədbir iştirakçıları ilə bölüşdülər.