M.Rahim adına 7 nömrəli tam orta məktəbdə nümunəvi dərslər davam edir. Növbəti dərs ingilis dili müəllimi Nəzakət Qədirovanın 5c sinfində "Hobbies" mövzusunda keçirdiyi dərs oldu. Şagirdlər dərs zamanı böyük həvəslə mövzu ətrafında diskussiya və sual-cavabda iştirak etdilər. Müxtəlif səpgili tapşırıqlar yerinə yetirdilər. Dərsdə iştirak edən digər müəllimlər öz fikirlərini və tövsiyələrini bildirdilər