Məktəblərarası təcrübə mübadiləsi

26.12.2016-cı il tarixində Səbail rayonu 7 nömrəli tam orta məktəbdə fəaliyyət planının 1.2.6 və 1.2.10 bəndlərinə əsasən məktəblərarası təcrübə mübadiləsi, həmçinin müəllimlərin peşəkar inkişafının təmin edilməsi məqsədilə ilk mərhələsi 189-190 nömrəli tam orta məktəbdə keçirilən layihənin davamı olaraq riyaziyyat, fizika, ingilis dili, ibtidai siniflər üzrə riyaziyyat fənlərindən nümunəvi dərslər təşkil edilmişdir. Məktəbimizdə nümayiş etdirilən dərslərdə şəhərimizin 6, 18, 49, 91, 189-190 nömrəli məktəblərin müxtəlif fənlər üzrə müəllimləri və ADPU -nin elm və innovasiya şöbəsinin mütəxəssisləri iştirak etmişlər. Sonda bütün dərslər iştirakçılar tərəfindən müzakirə olunmuşdur. Dinlənilən dərslər barədə müəllimlər öz dəyərli fikirlərini və təkliflərini bildirmişlər.Bu layihə çərçivəsində müəllimlərin təcrübələrinin paylaşması onların pedaqoji fəaliyyətlərinin inkişafına zəmin yaradır.