Heydər Əliyev və Azərbaycan tarixi

20.12.2016-cı il tarixində Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab işıq üzü görüb.Məktəbimizin 11-ci sinif şagirdi Firavan Əlizadənin məqaləsi də həmin kitaba daxil edilmişdir. Rayon rəhbərliyi, rayondakı idarə, təşkilat və digər qurumların, təhsil müəssisələrinin rəhbərləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, pedaqoji kollektivlərin təmsilçilərinin və həmçinin kitabda məqalələri toplanmış şagirdlərin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində kitabın təqdimat mərasimi keçirilib.Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları ilk öncə muzeyin foyesində qonaqlar və tədbir istirakcilarina nümayiş olunub və həmin tarixi şəxsiyyətlerin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verilib.Təqdimat mərasimində çıxış edən 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, kitabın redaktoru Elmin İmanov, məqalələri kitaba daxil edilmiş 2 nömrəli Texniki humanitar elmlər liseyinin şagirdi Murad Kərimov, 7 nömrəli məktəbin şagirdi Firavan Əlizadə, 6 nömrəli məktəb-liseyin şagirdi Əsmər Səfərli və başqaları Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində özünə məxsus yer tutduğunu, onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışıb, kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq bildirilib.