ANA MƏKTƏB QOYNUNDA

09.12.2016-cı il tarixində Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Zemfira Əsgərovanın məktəbəhazırlıq qrupunda "Ana məktəb qoynunda" adlı tədbir keçirildi. Tədbirdə məktəbin müdiriyyəti, ibtidai sinif müəllimləri, valideynlər və digər hazırlıq qruplarının şagirdləri iştirak edirdi. Şagirdlər 2 ay ərzində dərslərdə öyrəndiklərini nümayiş etdirdilər. "Ətraf aləmlə tanışlıq", "Bədii təfəkkürün inkişafı", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Fiziki tərbiyə", "Musiqi" fənlərindən keçilən mövzularda yüksək səviyyəli bacarıq nümayiş etdirdilər. Söylənən şeirlərdə vətənpərvərlik, rəmzlərimizə hörmət hissi əks olunurdu. Ordumuza, doğma Azərbaycana həsr edilmiş mahnılar dinləyicilərin böyük marağına səbəb oldu. Uşaqların ifa etdiyi rəngarəng rəqslər və səhnəciklər hamını heyrətə gətirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi