Sən həmişə bizimləsən

Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Ulu öndər H.Əliyevin anım günü ilə bağlı "Sən həmişə bizimləsən" ədəbi-bədii kompozisiya keçirildi. Tədbir zamanı şeir və mahnı müsabiqəsinin qaliblərinin çıxışı dinlənildi. "Gənc Heydərçilər" klubunun nümayəndələri ilə birgə keçirilən "Biz fəxr edirik ki, Azərbaycanlıyıq" inşa müsabiqəsinin qalibləri diplomlarla təltif edildilər.