Bilik yarışı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə gənclər təşkilatı nümayəndələrinin iştirakı ilə Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin VIII, IX, X sinif şagirdləri arasında Azərbaycan tarixindən "Bilik yarışı" keçirildi. Şagirdlərdən ibarət 5 komanda təşkil olunmuşdu. Nümayəndələr şagirdlərin yüksək hazırlığını vurğuladılar. Tədbirin sonunda qalib komandalar mükafatlandırıldı.