Multikulturalizm həyat tərzimizdir

M.Rahim adına 7 nömrəli tam orta məktəbdə noyabrın 23-də “Multikulturalizm həyat tərzimizdir” mövzusunda tədbir keçirildi. Müəllimlərin və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında qarşılıqlı diskussiya şəklində aparılan çıxısları böyük maraqla qarşılandı. Məktəbin rəssam şagirdləri movzu ilə əlaqədar çəkdikləri rəsm işlərini təqdim etdilər. Tədbir iştirakçılarına təqdim edilən əl işlərində Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi öz əksini tapmışdı. Tədbirdə Səbail Rayonu İcra Hakimiyyətinin ictimai əlaqələr şöbəsinin nümayəndələri, məktəb rəhbərliyİ, valideynlər və şagirdlər iştirak etdilər. İcra Hakimiyyətinin nümayəndəsi Əli Muradov öz çıxışında bildirdi ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. M.Rahim adına 7 nömrəli məktəbin direktoru Könül xanım Həsənova qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində Azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilib. Məktəbin tarix müəllimi Gülirə Yoldaşova çıxış edərək bildirdi ki, Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir. Tədbir xalqların birliyini əks etdirən musiqi nömrələri ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi