«ÖLKƏMİZİ TANIYAQ»

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan «Ölkəmizi tanıyaq» devizi ilə məktəblilərin respublikamızın müxtəlif bölgələri ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonu M.Rahim adına tam orta məktəbin şagirdləri də Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola düşüblər. Ekskursiya zamanı məktəblilər doğma diyarın tarixi yerlərinə, muzeylərə səfər etmiş və bir sıra tədbirlərdə iştirak etmişlər. Tur-aksiya zamanı məktəblilər arasında keşirilən "Breyn rinq" yarışmasında Səbail rayonu komandası II yerin sahibi olmuş, diplom və kubok əldə etmişlər.