Xeyirxah ənənə

9 noyabr 2016 cı il tarixdə M.Rahim adına 7 № li məktəbin təşkilatçılıgı ilə "Ümid yeri" uşaq sığınacağında bayram şənliyi təşkil edildi. Bu görüşdə şagirdlər, müəllimlər və valideynlər iştirak etdi.Sığınacaqdakı uşaqlar və müəllimlər əsl bayram sevinci yaşadılar. Məktəbimizin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Uşaqlarla maraqlı yarış və müsabiqələr aparıldı.Qərara aldıq ki, ənənəni mütəmadi şəkildə davam etdirək.