"Dövlət Bayrağı günü"

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr, 2009-cu il tarixli fərmanından sonra 9 noyabr tarixi "Milli Bayraq Günü" kimi dövlət səviyyəsində qeyd olunur.Bununla əlaqədar 08.11.2016-cı il tarixində M.Rahim adına 7 nömrəli tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə məktəb ansamblının üzvlərinin rəngarəng çıxışları böyük maraqla qarşılandı.