Bilik günü

Azərbaycan təhsilində özünəməxsus yeri və rolu olan paytaxtın qocaman təhsil müəssisələrindən birində -Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Bilik günü” böyük coşqu ilə qeyd olunub. “Sahil bağı”na toplaşan şagird və müəllimlər, valideynlər yeni dərs ilinin ilk gününü bayram əhvali-ruhiyyəsi ilə qarşılayıblar. Azərbaycanın Dövlət bayrağı səhnəyə gətirildikdən və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra məktəbin direktoru Könül Həsənova çıxış edərək rəhbərlik etdiyi tədris ocağının əldə etdiyi uğurlardan söz açıb. Bildirilib ki, M.Rahim adına 7 nömrəli tam orta məktəbin pedaqoji kollektivi daim yeniliklər axtarışındadır, burada təhsil alan şagirdlər yüksək nəticələr əldə etməkdə israrlıdırlar. Məktəbi bu il bitirən 63 məzundan 52-sinin respublikanın nüfuzlu ali məktəblərinə qəbul olunduğunu söyləyən direktor onlardan 12-sinin 500-dən, 5-nin isə 600-dən çox bal topladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Məktəbin məzunlarının hər zaman öz nailiyyətləri ilə doğma təhsil ocağına başucalığı gətirdiyini deyərək xüsusilə birinciləri və onların valideynlərini təbrik edərək onlara uğurlar arzulayıb.Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz İmaməliyev, məktəbin ibtidai sinif müəllimləri Fəridə Məmmədova, Gülnarə Qasımova yeni dərs ilinin başlanması münasibəti ilə şagirdlərə təbriklərini çatdırıblar.Şagirdlərin hazırladıqları musiqili-ədəbi kompozisiya isə tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.Sonra yeni dərs ilinin ilk zəngi çalınıb. Birincilər müəllimləri ilə birlikdə məktəbə daxil olaraq öz siniflərində yerlərini tutublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi