“Yaşasın Qüdrətli Azərbaycan Ordusu!”

İyunun 23-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş “Yaşasın Qüdrətli Azərbaycan Ordusu!” adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Müdafiə Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları iştirak ediblər.Tədbir hərbi məktəb orkestrinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir.Səbail rayonu 7 saylı məktəbin 1-ci sinif şagirdi Agakərimova Lətafət müsabiqədə I yerin qalibi olmuşdur.