“ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!”

25.05.2016 – cı il tarixində Səbail rayonu, M. Rahim adına 7 № li tam orta məktəbdə “ Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!” adlı elmi – praktik konfrans keçirilib. Əvvəl məktəbin foyesində tariximizi canlandıran sərgiyə baxış keçirilmiş , sonra isə “ İstiqlaliyyətimiz əbədidir” mövzusunda video konfrans təqdim olunmuşdur. Tədbir “ Tariximiz dünən və bu gün” başlığı altında şagird araşdırmasının təqdimatı ilə davam etmişdir. İlk olaraq məktəbin X sinif şagirdi Qasımzadə Ayla “ Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nəaliyyətidir” mövzusu ilə çıxış etmişdir. “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğunun həyata keçirilməsi” mövzusunda məruzə ilə IX sinif şagirdi Mirzəliyev İbrahim çıxış etdi. “Xarici ölkələrdə Azarbaycan diasporalarının yaradılması” mövzusunda olan araşdırılmasını məktəbin VIII sinif şagirdi Mirzəyev Simran təqdim etdikdən sonra elmi praktik konfrans , “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısıdır” mövzusunda X sinif şagirdi Firavan Əlizadənin təqimatı ilə yekunlaşdı. İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ,YAP Səbail rayonunun təşkilatının sədri , Milli Məclisin deputatı Şəmsəddin Hacıyev,Bakı şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun məsləhətçisi Firudin Abbasov, Səbail rayonu ümümtəhsil orta məktəblərinin direktorları da konfransda iştirak etmişlər.