Məmməd Rahim adına 7 №-li tam orta məktəbdə əyani qiymətləndirmə keçirilmişdir
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsil alanların attestasiyası (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti Qaydaları " və Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının qərarına əsasən, l yarımil üzrə qiymətləndirmə prosesi BŞTİ nin obyektivliyi, şəffaflığı təmin etmək məqsədi ilə təqdim etdiyi müvafiq təlimatlarını əsas götürərək şagirdlərin biliyinin qiymətləndirilməsi prosesi "Virtual məktəb"platformasında yerinə yetirildikdən sonra qiymətləndirmədə üzürlü səbəbdən ,sürətli internet bağlantısı, internetə çıxışı olmayan şagirdlərin məktəbdə əyani formada qiymətləndirilməsi təşkil edildi.