Məmməd Rahim adına 7 saylı orta məktəbdə Gənclər Günü münasibəti ilə onlayn tədbir keçirilib
Bakı şəhəri Səbail rayonu Məmməd Rahim adına 7 saylı orta məktəbin məzun, şagird və müəllimlərinin iştirakı ilə 01.02.2021- ci il tarixində saat 20:00- da Zoom platformasında Gənclər günü münasibəti ilə 44 günlük Böyük Vətən Müharibəsinin iştirakçıları olan gənc əsgər və zabit məzunlarımız Emin Cabbarov, Qasım Abbasov, Səid Abbasov, Azər Əliyev, Elşən Namazov, Elnur Səmədov, Kənan İsmayılov, Azər Hüseynov, Məhəmmədəli Səfərov, Məhəmməd Rəhimli, Muxtar Bayramovun timsalında Azərbaycanın bütün igid əsgərlərinə həsr edilmiş "Hər birimiz bir əsgərik" adlı onlayn görüş keçirildi.
Görüşdə Bakı şəhər üzrə Təhsil İdarəsinin Ümumi Təhsil sektorunun müdiri Fuad Babayev, məktəbin fəxri məzunu Qətər Dövlətinin Fövqəladə və Səlahiyyətli səfiri Rəşad İsmayılov, Səbail rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Haşımova, Səbail rayonu İcra Hakimiyyəti Hüquq Şöbəsinin müdiri Yaqub Nəcəfli, Azərbaycan Dövlət Reklam Agentliyinin rəis müavini Mehdi Ağayev, Azərbaycan Dövlət Reklam Agentliyinin sektor müdiri Orxan Kərimov, Təhsil Nazirliyi Maliyyə Şöbəsi Aparıcı Məsləhətçisi Kamran Zeynalov, Səbail Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Nail Bağırzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşğulluq İdarəsinin əməkdaşı Kənan Bağırov, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, İqtisadiyyat Nazirliyi tabeliyində IV sənaye inqilabının təhlil və koordinasiya mərkəzinin əməkdaşı Gülminə Məlikzadə, Dövlət qulluqçusu İlahə Əfqanlı, İstanbul Universitetinin Tibb fakultəsinin həkimi Kəmalə Ələkbərova , Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin tələbəsi Firavan Əlizadə, eyni zamanda ölkəmizi müxtəlif sahələrdə təmsil edən fəxri məzunlar və bizə zəfər tarixini bəxş edən əsgər məzunlarımız da iştirak etdilər.
Görüş məzunların çıxışları və məktəbin şagirdlərinin ifasında musiqi və şeir nümunələri ilə davam etdi. Görüşün məqsədi şagirdlərin fəxri məzunları tanımasından ibarət idi.