7 nömrəli tam orta məktəbdə ARB 24 kanalı sanitar-epidemioloji vəziyyətlə bağlı çəkiliş aparıb
Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə əyani tədrisin bərpası ilə bağlı son tamamlama işləri görülür.
Bununla bağlı məktəbin direktoru Könül Təhməzova ARB 24 kanalına verdiyi müsahibəsində sanitar-epidemioloji vəziyyətlə bağlı son məlumatları çatıdırıb. Şagirdlər məktəbə daxil olarkən temperaturu yoxlanılacaq və səhhətlərində hər hansı narahatlıq olacağı təqdirdə təcrid otağına yönləndiriləcək.
Təcrid otağında məsul şəxs Nazilə Əzimova otaqda ilkin tibbi yardımla bağlı media nümayəndəsini məlumatladırıb.
Qeyd edək ki, fevralın 1-dən əyani tədris mərhələli şəkildə bərpa olunacaq. İlk olaraq ibtidai siniflər dərsə başlayacaqlar.