"Əhmədiyyə Cəbrayılovun" 100 illik yubileyinin qeyd edilməsi

Bakı Şəhəri üzrə Təhsil idarəsinin "Əhmədiyyə Cəbrayılovun" 100 illik yubileyinin qeyd edilməsi barədə 07.10.2020 tarixli F-192 nömrəli əmrinə əsasən, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin tarix müəllimi Bağırova Yeganənin rəhbərlik etdiyi "10a" sinifində "Qəhrəman atanın Qəhrəman oğlu" adlı onlayn tədbir keçirilib. Tədbirdə müəllim ölkə prezidenti İlham Əliyevin "Əhməd Cəbrayılovun" 100 illik sərəncamının mahiyyəti haqqında,İkinci dünya müharibəsinin iştirakçısı "Fransa Müqavimət Hərəkatının" görkəmli nümayəndəsinin fəaliyyəti haqqında şagirdlərə məlumat verdi. Teams platformasında təşkil edilmiş tədbirdə şagirdlər "Əhməd Cəbrayılovun" həyatı, müharibə zamanı göstərdiyi rəşadət, təltif olunduğu mükafatlar haqqında müxtəlif təqdimatlar nümayiş etdirdilər. Tədbirdə eyni zamanda Azərbaycanın Milli Qəhrəmanı "Mikayıl Cəbrayılovun" 1-ci Vətən müharibəsində göstərdiyi igidlikdən də söhbət açdılar. 10-cu sinifin təşkili ilə keçirilən "Qəhrəman atanın Qəhrəman oğlu" adlı onlayn tədbirdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edərək tədbirlə bağlı öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi