“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqə
Məktəbimizin şagirdi Ülvi Hüseynzadə final mərhələsində!
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin paytaxtın inzibati rayonları üzrə mərhələnin nəticələrinə əsasən final turunda iştirak haqqı qazanan şagirdlər müəyyənləşdirilmişdir. Müsabiqənin Əsasnaməsinə əsasən hər inzibati rayon üzrə ən yüksək nəticə göstərən 3 nəfər şagird final turunda iştirak haqqı qazanmışdır.
Səbail rayonu üzrə 7 nömrəli tam orta məktəbin şagirdi Ülvi Hüseynzadə,160 nömrəli Klassik gimnaziyanın şagirdi Günel Əlizadə və 189-190 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Cəbrayıllı finalda iştirak haqqı qazanmışdır
Bir çox yarışlarda birincilik əldə etmiş Vlll sinif şagirdimiz Ülvi Şövqü oğlu Hüseynzadəni təbrik edir, ona finalda bol-bol müvəffəqiyyətlər arzu edirik!