Məktəbdə “edu.ann.az” layihəsinin təqdimatı keçirilib

Səbail rayonu M.Rahim adına 7 saylı tam orta məktəbdə “edu.ann.az” layihəsinin təqdimatı keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri Təhsil İdarəsinin dəstəyi ilə ANN.az xəbər portalının hazırladığı “edu.ann.az” layihəsinin təqdimatı Səbail rayon 7 saylı tam orta məktəbdə keçirilib. Layihənin məqsədi şagirdlərin ədəbiyyat dərslərində verilən sinifdən xaric qiraət vasitələri ilə təmin olunması və onların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil olunmasıdır. “edu.ann.az” saytı vasitəsi ilə 5-11-ci sinif şagirdləri onlara tapşırılan əlavə ədəbiyyat materiallarını kitabxanaya getmədən, qısa bir zamanda əldə edə biləcəklər. Sözü gedən layihənin təqdimatında 7 saylı məktəbin müəllim və şagird kollektivinə “edu.ann.az” layihəsi haqqında məlumatlar verilib, saytın istifadə qaydası izah olunub. Tədbirdə həmin məktəbin 80 nəfərə yaxın heyəti iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi