Bayraq Günü. Qələbə sevinci
Bu gün Bayraq bayramı və Qələbə sevincini 7 nömrəli məktəbin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməklə başladı .Daha sonra məktəbin rəhbər işçiləri Səbail rayonunda şəhid Cavidanın ailəsini,məktəbimizin riyaziyyat müəlliməsi Şəhla Yolçuyeva isə öz şagirdləri ilə şəhidlər xiyabanını ziyarət etdi.
Bayraq bayramımızı qələbə sevincimizin səbəbkarı olan ,illərdir işğal altında yolumuzu gözləyən vətən torpağında Üçrəngli bayrağımızın dalğalanması üçün canlarından keçən şəhidlərimizin uyuduğu məkanı ziyarət edərək,onların ailələrinə baş çəkərək qeyd etdik.
Şəhadətə ucalan bütün şəhidlərimiz qürurla ,fəxrlə anıldı.
Bu bayraq bayramı bütün xiyaban hər zaman olduğundan daha fərqli , qalibiyyət sevinci ilə dalğalanan bayraqlarla bəzənmişdi.
Ruhunuz şad olsun, Vətən oğulları
Qanınız yerdə qalmır!