Pedoqoji Şura
02.11.2020-ci il tarixində 7 nömrəli tam orta məktəbin 2020-2021-ci tədris ili üçün növbəti Pedoqoji Şura iclası keçirildi.Mövcud karantin rejmi ilə əlaqədar bütün pedoqoji heyətin iştirakı ilə təşkil edilmiş iclasda təhsilin yenidən məsafədən təşkilinin təmin edilməsi, sinif jurnallarının təlimata uyğun və düzgün yazılmasının həyata keçirilməsi, müəllimlərin qarşısında qoyulan vəzifələr kollektivin diqqətinə çatdırıldı.
Məsafədən (distant) dərslərin keçirilməsi və sinif jurnallarının yazılması ilə bağlı yaranmış bütün suallar cavablandırıldı.