Nailiyyətlərimiz

Şagirdlərimizin intellekti zirvələri fəth edir24 noyabr 2018-ci il tarixində Sabunçu Gənclər evinin təşkilatçılığı ilə “İntellekt zirvələri fəth edir” adı altında keçirilmiş “Zirvə” intellektual yarışmasının “Bazardüzü” turunda 69 nömrəli tam orta məktəbin şagirdləri iştirak edərək 2-ci yerə layiq görülmüşlər.

“Azərbaycan gəncləri narkotikə yox deyir”Sabunçu rayon orta ümumtəhsil məktəblərinin arasında keçirilmiş “Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda rəsm müsabiqəsində iştirak edən 69 nömrəli tam orta məktəbin VIIç sinif şagirdi Əliyeva Nuray Namiq qızı III yeri tutduğuna görə diplomla təltif edildi. Rəsm şəhər mərhələsi müsabiqəsinə təqdim olunmuşdur.

Diplomla təltif olunmaOktyabrın 25-də məktəbin 9a sinif şagirdi Həsənova Firəngiz Zahid qızı “9 Noyabr-Dövlət bayrağı günü” münasibəti ilə Sabunçu rayon ümumtəhsil məktəblərin şagirdləri arasında “Mənim bayrağım” adlı rəsm müsabiqəsində fərqləndiyinə görə diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi