İmtahan həyəcanı

    15.03.2024-cü il tarixində məktəb psixoloqunun təşkilatçılığı ilə IX-XI sinif şagirdlərinin iştiraki ilə "İmtahan öncəsi həyəcan və aradan qaldırılması yolları" mövzusunda maarifləndirici profilaktik tədbir keçirilib. Məktəb psixoloqu şagirdlərə imtahan həyəcanı nədir?, hansı səbəblərdən yaranır? və imtahan nəticələrinə təsirləri və bu halların aradan qaldırılması yolları, imtahanda davranış qaydaları haqqında məlumat verib. Sonda şagirdlərə imtahan həyəcanının qiymətləndirilməsi məqsədilə sorğu təqdim edilib və sualları cavablandırılıb. Tədbirdə UBT rəhbəri, Kiçik Akademiya rəhbəri və sinif rəhbəri də iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi