Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

    UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə məktəbin kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş "Dəyirmi masa" keçirilib. Kitabxana müdiri Almaz Cəfərova  23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün kitabsevərləri təbrik edib. Məktəbin direktor müavini Şəbnəm Mirzəliyeva çıxış edərək ölkəmizdə kitaba olan böyük maraqdan və Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən söz açıb. Sonda uşaqlar sevdikləri əsərləri müzakirə ediblər.
    Tədbir ədəbi-musiqili proqramla davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi