Nümunəvi dərs

    07.04.2024-cü il tarixində fənn aylığı çərçivəsində İngilis dili müəllimi Rüstəmova Həcər tərəfindən 8-ci sinifdə "Word order in English language and Writing a story using pictures" adlı nümunəvi dərs təşkil olunub. Dərsdə PowerPoint-də hazırlanmış prezentasiya nümayiş olunub. Şagirdlər sadə cümlənin quruluşu ilə tanış olduqdan sonra söz kartların köməyi ilə bilikləri yoxlanılıb. Hekayənin strukturu müzakirə olunub və şəkil üzrə sadə hekayənin qurulması üçün, şagirdlərlə praktiki tapşırıqlar yerinə yetirilib. Dərsin məqsədinə uyğun olaraq şagirdlər sonda şəkil üzrə hekayənin qurulmasına nail oldular.Dərsdə məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyeva, MB rəhbəri və fənn müəllimləri iştirak ediblər. Sonda dərsin güclü və inkişafa ehtiyacı olan tərəfləri ətraflı şəkildə müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi