"Novruz adət ənənəsi"

    Məktəbdə xarici dillər üzrə fənn aylığı davam etdirilir.Aylıq çərçivəsində  məktəbin rus dili müəllimləri Ramiyyə Məmmədova  və Dilarə Səmədovanın təşkilatçılığı ilə milli-mənəvi dəyərlərimizi özündə əks etdirən "Novruz adət ənənəsi" mövzusunda dəyirmi masa təşkil olunub.Tədbirdə məktəbin direktoru Nazəni Məmmədova, təlim- tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva, UBT rəhbəri Aynur Piriyeva və bir qrup fənn müəllimləri iştirak edib.Şagirdlər tədbirdə fəal iştirak edərək rus dilində Novruz adət-ənənələrindən məlumat veriblər və  şeirlər səsləndiriblər.Dəyirmi masanın əsas məqsədi şagirdlərə milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi xarici dildə təbliğ etməyi öyrətməkdir.Sonda mövzuya uyğun viktorina təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi