Novruz bayramı tədbiri

    “Novruz bayramı” ilə bağlı geniş tədbir keçirilib. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin təlim və tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Mirzəliyeva  tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Novruz bayramının tarixi kökləri, qeyd edilmə adətləri haqda məlumat verib. Tədbirdə şagirdlərin iştirakı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzləri əks edilən nümunələr, səhnəciklər nümayiş etdirilib. Xüsusilə məktəbin 5-ci sinif şagirdlərinin söylədikləri Novruz şeirləri, 1-ci sinif şagirdlərinin rəqsləri tədbir iştirakçılarında böyük maraq yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi