20 yanvar faciəsinə həsr olunmuş nümunəvi dərs

    20 yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş növbəti nümunəvi dərslərdən biri 8 "A" sinfində tarix müəllimi Lalə Babayevanın rəhbərliyi ilə "20 yanvar faciəsi-xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir" mövzusunda keçirilib. Dərsdə məktəb rəhbərliyi, müəllimlər də iştirak edib. Motivasiya olaraq şagirdlər həmin qanlı gecəyə həsr olunmuş video çarxı izləyərək mövzu ətrafinda müzakirə apararaq fikir bildiriblər. Sonda şagirdlər belə nəticəyə gəldilər ki, 1990-ci ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, milli azadliq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin qanlı gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi