ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 15-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANIM TƏDBİRİ
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar 12 dekabr 2018-ci il tarixdə Bakı şəhəri S.Həsənov adına 63 nömrəli tam orta məktəbdə Ulu öndərin xatirəsi hörmətlə anıldı. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra isə bir dəqiqəlik sükutla ulu öndərin xatirəsi yad edildi. Məktəbimizin şagirdləri ulu öndər haqqında tarixi məlumatlar vermiş, şerlər söyləmişlər. Şərəfinə şamlar yandırılmış, portreti önünə qərənlfillər düzülmüşdür. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfüzunu artırmış, hər tərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Tədbiri məktəbimizin direktoru Cavanşir Tarverdiyev öz çıxışı ilə sonlandırdı.