31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə-müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün məktəbimizin 1-B sinfində "Həmrəylik-ruhumuzdur, birlik-gücümüzdür" adlı dərs keçirildi. Dərsdə İlhamə müəllimə xalqımızın keçdiyi çətin yollardan və həmrəylik, birlik nəticəsində əldə etdiyi uğurlardan, qələbədən danışdı. Uşaqlar mövzu ilə bağlı şeirlər söyləyib,"Rənglərin söhbəti" adlı səhnəcik göstərdilər. Dərsdə direktor müavini Xəyalə İbadova da iştirak etdi. İlhamə müəllimədən, uşaqların cavabından, keçilən dərsdən çox razılıq bildirərək danışdı. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib.Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizi, bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi