"Nağıllar aləminə səyahət" adlı tədbir

Bu gün İlhamə müəllimənin rəhbərliyi ilə "1-B" sinfində "Nağıllar aləminə səyahət" adlı tədbir keçirildi. Tədbirdə uşaqlar öyrəndiyi nağıllar haqqında söhbət açdılar."Qırmızıpapaq,"Qoğal","Tıq-tıq xanım", "Cırtdan" kimi nağıllardan səhnəciklər təqdim etdilər.Balacaların jest və mimika ilə ifa etdikləri çıxışlar hamını heyran etdi. Onlar "Nəlbəki" rəqsini, "Nağıl-nəğmə" mahnısını ifa etdilər. Uşaqlar nağıl qəhrəmanlarına aid əl işləri hazırlayıb,maraqlı rəsmlər çəkmişdilər. Gələn qonaqlar uşaqların cavablarından, ifalarından çox razı qaldılar. Afərin, sizə uşaqlar!