Həsənov Sədrəddin Qardaşxan oğlu 04 yanvar 1954-cü ildə anadan olmuş, 1968-1970-ci illərdə 63 nömrəli məktəbdə oxumuş və 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında qəhrəmanlıqla həlak olmuşdur. Bakı şəhəri Xalq Deputatları Soveti Rəyasət Heyətinin 13 yanvar 1993-cü il tarixli 1/4 nömrəli qərarı ilə 63 nömrəli məktəbə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Sədrəddin Həsənovun adı verilmişdir.
Bakı şəhərinin Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyətə başladığı gündən tədris Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 2009-2010-cu dərs ilindən etibarən rus dilinin intensiv tədrisi layihəsi tətbiq edilir. 2013-2014-cü illərdə məktəb əsaslı təmir olunmuş və eyni zamanda məktəbin həyətində yeni 4 mərtəbəli 24 əlavə sinif otaqlı korpus və idman zalı tikilərək istifadəyə verilmişdir. Məktəbdə 108 nəfər müəllim pedaqoji fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 1311 nəfər şagird təhsil alır.