Məktəbimizdə viktorina keçirildi.

27.05.2025 tarixində S.Həsənov adına 63 nömrəli tam orta məktəbdə 2-ci siniflər arasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş viktorina keçirildi.
Yarış 3 komanda arasında keçirildi.Komandalara suallar səsləndirildi,münsiflər heyəti tərəfindən cavablar qiymətləndirildi və elan edildi.2C-"Şahinlər" komandası I yer, 2Ç- "Cəsurlar" komandası II yer,2B -"Qartallar" komandası III yer medalları ilə təltif olundu.