Yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meyllərin,hüquq pozuntularının qarşısının alınması istiqamətində profilaktik söhbətlərin təşkili.
Dekabr ayında 63 nömrəli tam orta məktəbin psixoloqları narkomaniya və QİÇS- lə mübarizə mövzusunda maarifləndirici söhbətlər aparıb. Söhbətlərin əsas dinləyici kütləsi əsasən məktəbin 8 ci sinif şagirdləri olub. Söhbətlərin əsas məqsədi şagirdləri QİÇS,eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə,elmə,idmana olan marağını artırmaq olub. Söhbətlər zamanı məktəbliləri maraqlandıran bir sıra suallar cavablandırılıb,mövzu ilə bağlı şagirdlərə müvafiq tövsiyyələr verilib,sağlam həyat tərzi mövzusuna da toxunulub.