"Gənc dilçilər" dərnəyində Həmrəylik gününə həsr olunmuş dərs
Gənc dilçilər dərnəyində Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan dərs keçirildi. Şagirdlər tarixi sınaqdan uğurla çıxan birlik və bərabərliyimizin bir nümunəsi olan həmrəylik günümüzü böyük qürür hissi ilə, tarixi qələbənin doğurduğu yüksək əhval-ruhiyyə şəraitində qeyd etdilər. Dərs bu qələbədə canlarından keçməklə xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün şəhidlərimizin xatirəsi ehtiramla yad olunaraq başladı. Sonra şagirdlər tərəfindən hekayə səhnələşdirildi. Hekayə əsas persanajların uşaqlara maarifləndirici suallar verməsi ilə başlayır. Hekayə dostluğu,mehribanlığı,həmrəliyi əks etdirən sonluqla bitir.